EN

Mingəçevirin bu ərazilərində qaz olmayacaq

Bakı. Trend:

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatıdayandırılacaq.

Bu barədə TrendAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalatBirliyinə istinadən xəbər verir.

Məlumata görə, qaz təchizatı şəbəkəsində itkilərin qarşısınınalınması məqsədilə qaz təchizat mənbəyi Mingəçevir qazpaylayıcıstansiyası (QPS) “Mingəçevir-1 ci xətt” ölçü qovşağından qidalananMingəçevir şəhərində Kür çayının sol sahilində yerləşənkollektordan H.Əliyev prospekti məcburi köçkün qəsəbəsinə qədərolan d-219 mm-lik L=5600 p/m yerüstü orta təzyiqli daşıyıcı qazxəttinin kompressor (1-atm) vasitəsi ilə kipliyə sınaqediləcək.

Bu məqsədlə iyulun 15-də saat 10:00-dan sınaq işləri başaçatanadək Mingəçevir şəhərində 12 küçənin 3 200 abonentin qaztəchizatının daxildən dayandırılması planlaşdırılır.

Chosen
15
37
az.trend.az

10Sources