Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-dan silah tədarükünün yenidən başladığını açıqlayıb. Dövlət başçısının sözlərinə görə, Vaşinqtonun hərbi yardımı artıq Ukraynaya çatdırılır.
“ABŞ-dan silah tədarükü artıq bərpa olunub”, – deyə Zelenski bildirib.
O, konkret olaraq hansı silah növlərinin və ya hansı həcmdə yardımın daxil olduğunu açıqlamayıb.
Qeyd edək ki, bundan öncə silah tədarükündə müəyyən gecikmələr müşahidə olunurdu.
//Samir Qurbanov, Editor.az