EN

Trampdan Xarkovdakı doğum evinə hücuma cavab açıqlaması

ABŞ prezidenti Donald Tramp Rusiya ordusunun Ukraynadakı obyektlərə, o cümlədən xəstəxanaya endirdiyi son raket zərbələrinə Vaşinqtonun cavab verəcəyini bildirib.

Jurnalistlər onunla söhbət zamanı Rusiya Federasiyasının daha bir hücumu zamanı xəstəxananın vurulmasına münasibətini soruşublar. Güman olunur ki, söhbət Xarkovda doğum evinə endirilən raket zərbəsindən gedir.

Tramp bu barədə məlumatlı olduğunu təsdiqləyib və qısa şəkildə cavab verib:
“Bilirəm. Nə baş verəcəyini tezliklə görəcəksiniz.”

Hazırda Trampın hansı tədbirləri nəzərdə tutduğu açıqlanmasa da, bu bəyanat Vaşinqtonun Moskvanın hücumlarına qarşı yeni reaksiya verə biləcəyi ehtimalını gündəmə gətirib.

//Samir Qurbanov, Editor.az

Chosen
19
editor.az

1Sources