EN

Magistral su xəttində qəza baş veribVİDEO

Kürdəmirdə magistral su boru xəttində qəza baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Ucarlı kəndi ərazisində qeydə alınıb.

500 milli diametrlik borunun 2 metrlik hissəsində qəza baş verib və bunun nəticəsində rayonda 11 minə  yaxın abonentinin içməli su təhcizatında fasilələr yaranıb.

Hadisə yerinə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub.Yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işləri həyata keçirirlər.

Qeyd edək ki, Külüllü-Kürdəmir magistral su xəttinin inşasına 2011-ci ildə başlanılıb və 2013-cü ildə başa çataraq istismara verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
19
xezerxeber.az

1Sources