EN

Putin hərbi geyimlərdə dəyişiklik edib

Rusiya prezidenti Vladimir Putin hərbi forma geyinmə qaydalarına dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Qaziler.az xəbər verir ki, müvafiq sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Dəyişikliklərə əsasən, qısa və uzunqol kostyumların geyinilməsi qaydaları tənzimlənir. İndi Rusiya Federasiyası Silahlı Qüvvələrinin və Rusiya Milli Qvardiyasının yüksək rütbəli zabitləri üçün bu forma kəmərli və müəyyən rəngli zolaqları olan şalvarlarla təmin edilir.

Bundan əlavə, Rusiya Federasiyası Silahlı Qüvvələrinin hərbi qulluqçularının səhra geyim formasına kamuflyaj döyüş köynəyi əlavə edilib.

QAZİLER.AZ

Chosen
25
qaziler.az

1Sources