EN

"Sabah"ın avrokubok oyununda forma ilə bağlı anlaşılmazlığın səbəbi bilindi - Rieranın iradı barədə

"Sabah" - "Çelye" oyunundan sonra hakimlikdən də danışan qonaq komandanın baş məşqçisi formaların oxşar rəngdə olmasından gileylənib. Albert Riera deyib ki, oyundan əvvəl onların narıncı rəngdə ehtiyat formalarının olması barədə hakimlərə bildirilsə də, ədalət təmsilçiləri buna əhəmiyyət verməyib. 

Sportal.az-ın əldə etdiyi məlumata görə, komandaların oxşar rəngdə forma ilə oynamasının səbəbkarı elə hakimlər olub. Belə ki, Qazaxıstandan olan hakimlər briqadası Bakıya yalnız narıncı rəngli forma gətiriblər. İkinci formaları olmadığına görə, "Çelye"yə narıncı rəngdə geyim dəsti ilə oynamağa imkan verməyiblər. 

Qeyd edək ki, Avropa Liqasının ilk təsnifat mərhələsinin birinci oyununda "Çelye" səfərdə "Sabah" üzərində 3:2 hesablı qələbə qazanıb. 

saytlarin hazirlanmasi

Chosen
30
sportal.az

1Sources