EN

SON DƏQİQƏ: “Neftçi”də 13-cü ayrılıq – I Liqaya getdi

“Neftçi” İsmayıl Zülfüqarlı ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 25 yaşlı müdafiəçi karyerasını I Liqada davam etdirəcək.

Ötən mövsümü icarə əsasında “Turan Tovuz”da keçirən futbolçu “Şəfa” ilə müqavilə bağlayıb.

“Neftçi”ylə sözləşməsinə xitam verilən İsmayıl qarşıdakkı 2 ildə I Liqaya yenicə vəsiqə qazanmış kluba məxsus olacaq.

Zülfüqarlı “ağ-qaralar”ı tərk edən 13-cü futbolçu olub.

Ona qədər Yuri Matias, Höccət Haqverdi, Azər Əliyev, Rəhman Hacıyev, Azər Salahlı, Yeqor Boqomolski, Rüstəm Samiqulin, Filip Ozobiç, Ervin Koffi, Dembo Darbo, Rafael Quzzo və Robert Bauerlə yollar ayrılmışdı.

HƏBİB

Chosen
18
sportinfo.az

1Sources