EN

"Real" yeni transferlə bağlı Ardaya təminat verdi

“Real Madrid” rəhbərliyi gənc futbolçu Franko Mastantuononu transfer etməzdən əvvəl Arda Gülerlə toplantı keçirib. Metbuat.az xəbər verir ki, rəhbərlik transferin detalları barədə Ardaya açıqlama verib. “The Athletic”də dərc edilən xəbərə görə, “Real” rəhbərliyi Ardaya Franko Mastantuononun onun alternativi olmadığını ifadə edib. Rəhbərlik Ardaya güvəndiklərini vurğulayıb. Klub rəhbərliyi Ardaya argentinalının sağ cinahda oynayacağının ifadə edib. Onun Ardanın yarımmüdafiədəki mövqeyini təhdid etməyəcəyi bildirilib.

Qeyd edək ki, Franko Mastantuono Argentinanın “River Pleyt” klubunda çıxışı ilə Avropa nəhənglərinin marağına səbəb olub.Futbolçu “Real”la anlaşıb.

Chosen
14
1
metbuat.az

2Sources