"Fənərbağça" klubunun növbəti transfer hədəfi İv Bissumadır.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" malili yarımmüdafiəçi üçün klubu "Tottenhem"lə danışıqlara başlayıb.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Bissuma 2022-ci ildən "Tottenhem"də çıxış edir. O, London təmsilçisinin heyətində 100 oyuna çıxıb və 2 qol vurub.

Premyer Liqa klubu 28 yaşlı futbolçu üçün 20 milyon avro tələb edir.