EN

Çoxmərtəbəli binalarda səs izolyasiyasına niyə diqqət edilmir?VİDEO

Ölkədə bir sıra binalardakı mənzillərdə səs izolyasiyası zəif təchiz edilir.

Müasir üslublu binalarda sakinlərin əsas şikayətlərindən biri səs keçiriciliyini azaldacaq konstruksiyaların ya zəif quraşdırıması, ya da ümumiyyətlə quraşdırılmaması ilə bağlıdır. Bəs binalarda səs izolyasiyasının zəif olmasının əsas səbəbləri nələrdir? Ucuz tikinti materiallarının istifadəsi, yoxsa səs izolyasiyası standartlarına düzgün əməl olunmaması?

Xezerxeber.az-ın məlumatına görə, Memar Muxtar Ərturan bildirir ki, ölkədə tikinti mallarının istehsalına nəzarət mexanizmi yoxdur. Bu da yeni binalarda arakəsmələrin çox nazik və keyfiyyətsiz olmasına gətirib çıxarır. 

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov də deyir ki, bəzi ölkələrdə yeni binalarda minimum səs izolyasiyası səviyyəsi qanunla tənzimlənir və icra edilmədikdə cərimələr tətbiq olunur. Azərbaycanda isə bu sahədə hüquqi mexanizmlərin zəifliyi səbəbilə çox vaxt problemə reaksiya verən olmur. Səs izolyasiyası üzrə konkret tələblər zəifdir və ya icrası yoxlanmır. Tikinti şirkətləri də çox vaxt səs izolyasiyasını prioritet saymır. Çünki cərimə və ya hüquqi məsuliyyət riski azdır.

Qeyd edək ki, binalarda izolyasiya sistemlərinin 1 kvadratmetri 7-150 manat arasında quraşdırılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
27
3
xezerxeber.az

4Sources