Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.
Bunu Brüsseldə keçirilən brifinqdə Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsi deyib.
“Bu mühüm danışıqları qeyd etdiyiniz üçün təşəkkür edirik. Biz regionda baş verənləri diqqətlə izləyirik, həmçinin hər iki tərəfi münasibətləri normallaşdırmağa və sülh danışıqlarını uğurla yekunlaşdırmağa təşviq edirik”, - o vurğulayıb.
Bununla belə, onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı məsələ Aİ Xarici İşlər Nazirləri Şurasının gələn həftənin əvvəlində Brüsseldə keçiriləcək iclasının gündəliyinə daxil edilməyib.
“Lakin xarici işlər nazirləri tərəflər arasında sülh prosesinə öz dəstəyini ifadə etmək istəyə bilər”, - Aİ nümayəndəsi əlavə edib.