Fransa prokurorları milyarder Elon Maska məxsus olan "X" şirkətinə cinayət işi açıb.
Buna səbəb sosial şəbəkə platformasının alqoritmlərinin dəyişdirilərək xarici müdaxilələr üçün açıq vəziyyətə gətirilməsidir.
Fransa mətbuatına əsasən, hazırda hüquq-mühafizə orqanları ölkədə “X” istifadəçilərinə məxsus məxfi məlumatların yad qüvvələr tərəfindən əldə edilib-edilmədiyini araşdırır.
Qeyd edək ki, cari ilin yanvar ayında Fransa daxil olan şikayətlər əsasında “X” platformasının ölkə qanunlarını pozması ilə əlaqədar olaraq araşdırma aparmışdı.
APA
Tarix: 11 İyul 2025, 19:59