EN

Milli Məclisin sədri Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinayaişgüzar səfər çərçivəsində bu gün Srebrenitsa qurbanlarınınxatirəsinə inşa edilmiş Memorial mərkəzə gəlib.

Parlamentdən Trend-ə verilənməlumata görə, Azərbaycan parlamentinin sədri və digər ölkələrdənolan qonaqlar, o cümlədən ölkə və hökumət rəhbərləri, parlamentsədrləri və rəsmi nümayəndələr anım tədbirləri çərçivəsində əvvəlcə"Keçməmişlərin izi ilə" sərgisi ilə tanış olublar.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova anım salonundabaşsağlığı kitabını imzalayıb.

Daha sonra Memorial mərkəzdə faciə qurbanlarının anım mərasimikeçirilib.

Nümayəndə heyətlərinin rəhbərləri faciə qurbanlarının xatirəsiniehtiramla yad edərək, Memorial abidənin önünə gül dəstələridüzüblər.

Milli Məclisin sədri mərasim çərçivəsində bir sıra ölkələrinparlament rəhbərləri ilə görüşüb, onlarla söhbət edib.

Məqalədə:
Chosen
5
32
az.trend.az

10Sources