EN

Avtomobillərin utilizasiyası üçün qəbul məntəqələrinin artırılmasına ehtiyac varVİDEO

Utilizasiya üçün rayonlarda məntəqələrin olmaması sakinlərin narazılığına səbəb olur.

Xezerxeber.az-ın məlumatına görə, vətəndaşlar bildirir ki, utilizasiya prosesi çərçivəsində köhnə və yararsız avtomobillər paytaxt Bakı ilə bərabər bir müddətdir Gəncə şəhərində də qəbul edilir. Lakin rayonlarda yaşayan insanlar qeyd olunan ünvanlara köhnə avtomobillərini təqdim etmək üçün müəyyən çətinliklər və əlavə xərclərinin çıxdığını bildirirlər.

Bölgələrdə yaşayan sürücülərin sözlərinə görə, utilizasiya qəbul məntəqələrinin sayının artırılaraq rayonlarda da olması  bu prosesi sürətləndirəcək.

Utilizasiya üçün qəbul məntəqələrinin bölgələrdə olmaması bu işlə məşğul olan bəzi işbazlar üçün də fürsət yaradır. Onlar nəqliyyat vasitələrini sahiblərindən qəbul məntəqəsində verilən puldan dəfələrlə ucuz qiymətə alırlar.

Ekspertlər bildirir ki, nəqliyyat vasitələrinin utilizasiyası qəbul məntəqələri tələbəta uyğun olaraq açıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
14
2
xezerxeber.az

3Sources