"Qarabağ" bu gün Avstriyada növbəti yoxlana oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi "Tvente" ilə qarşılaşıb.
"Köhlən atlar" qarşılaşmadan 3:2 hesablı qələbə ilə ayrılıb.
"Qarabağ"a qələbə gətirən qolları Abdullah Zubir (2) və Leandro Andrade vurub.
Qeyd edək ki, hazırda tərəflər arasında ikinci matç da oynanılır.