EN

Fransada "X" platformasına cinayət işi açılıb

Fransa prokurorları milyarder Elon Maska məxsus olan "X" şirkətinə cinayət işi açıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, buna səbəb sosial şəbəkə platformasının alqoritmlərinin dəyişdirilərək xarici müdaxilələr üçün açıq vəziyyətə gətirilməsidir.

Fransa mətbuatına əsasən, hazırda hüquq-mühafizə orqanları ölkədə “X” istifadəçilərinə məxsus məxfi məlumatların yad qüvvələr tərəfindən əldə edilib-edilmədiyini araşdırır.

Qeyd edək ki, cari ilin yanvar ayında Fransa daxil olan şikayətlər əsasında “X” platformasının ölkə qanunlarını pozması ilə əlaqədar olaraq araşdırma aparmışdı.

 

 

Chosen
17
15
operativmm.az

10Sources