EN

Bu meyvələrin satışı DAYANDI

Almaniyanın məşhur supermarketlər şəbəkəsi Kaufland, "K-Classic" markalı dondurulmuş çiyələk məhsullarında Hepatit A virusu aşkarlanmasından sonra bu məhsulları təcili şəkildə satışdan geri çəkib. 

News24.az xəbər verir ki, virusun 15 noyabr 2026 tarixinə qədər istifadə müddəti olan bəzi partiyalarda aşkarlandığı bildirilib.

 Mütəxəssislər virusun bir neçə həftə sonra belə təsir göstərə biləcəyini və qaraciyər problemlərinə, o cümlədən sarılığa səbəb ola biləcəyini vurğulayıb. 

Şirkət, məhsulu qaytaranlara qəbz tələb olunmadan pulun geri veriləcəyini açıqlayıb.


Xeyrənsə Piriyeva

Chosen
48
1
news24.az

2Sources