“Qalatasaray” Viktor Osimheni transfer etmək üçün fəaliyyətini davam etdirir. Metbuat.az xəbər verir ki, "Napoli" futbolçu üçün 75 milyon avro tələb edib. "Qalatasaray" məbləği hissə-hissə ödəmək istəyir və endirim tələb edib. Türkiyə klubu bu məbləği ödəyəcəyinə zəmanət vermədiyi üçün "Napoli" təklifi rədd edib. İtaliya klubu məbləği birdəfəlik tələb edir. Məlumata görə, "Qalatasaray" Osimheni transfer edə bilməyəcəyi təqdirdə onun alternativini müəyyənləşdirib. Bildirilir ki, "Qalatasaray" "Fiorentina"nın futbolçusu Moise Kini transfer edə bilər.Xəbərdə "Qalatasaray"ın Kinin 52 milyon avroluq sərbəst qalma pulunu ödəməyə hazır olduğu bildirilib.