EN

Trampın Elçiləri Konqodan Qaçdı: Gizli Razılaşma Ortalığa Çıxdı

ABŞ prezidenti Donald Trampın nümayəndələri Vaşinqtonla resurs razılaşmasını təşviq etmək məqsədilə Konqo Demokratik Respublikasına (KDR) səfər ediblər.

Turkustan.az xəbər verir ki, lakin onlar səfərdən cəmi iki gün sonra həbs olunmaq təhlükəsi səbəbilə ölkəni tərk etmək məcburiyyətində qalıblar.

Məqalədə bildirilir ki, Vaşinqtondan gəlmiş üç elçi belə bir təkliflə çıxış edib: ölüm hökmünə məhkum edilmiş üç amerikalı məhbus azad edilsin və əvəzində prezident Donald Tramp Konqo Demokratik Respublikasının “təhlükəsizlik üçün minerallar” razılaşmasını qəbul etsin.

Nəşr vurğulayır ki, daha əvvəl ictimaiyyətə məlum olmayan bu uğursuz diplomatik missiya, Tramp administrasiyasının amerikalı vətəndaşları vətənə qaytarmaq üçün qeyri-ənənəvi vasitələrdən istifadəyə nə qədər hazır olduğunu göstərir. Bu məsələ Tramp üçün əsas prioritetlərdən biri olub.

ABŞ prezidentinin girovlarla iş üzrə xüsusi nümayəndəsinin müavini Dastin Stüart məsələ ilə bağlı bildirib:
“Biz, onların düzgün insanlarla əlaqə qurduqlarını düşündük. Aydındır ki, bu belə olmayıb.”

Qeyd edək ki, daha əvvəl Tramp administrasiyasının bir sıra Afrika ölkələrinə — Liberiya, Seneqal, Mavritaniya, Qabon və Qvineya-Bisauya — ABŞ-dan deportasiya olunan miqrantları qəbul etmələri müqabilində müxtəlif təkliflər irəli sürdüyü də məlum olub.

Aytən Yaşar/ Turkustan.az

Chosen
20
1
turkustan.az

2Sources