EN

Türkiyə Prezidenti PKK-nın tərksilah prosesinə münasibət bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatının tərksilah olmağa başlamasını şərh edib.

7Times.az xəbər verir ki, bu barədə onun “X” sosial şəbəkəsindəki hesabında etdiyi paylaşımda deyilir:

“Ümid edirəm ki, terrordan azad Türkiyə hədəfimizə doğru bugünkü mühüm addım xeyirli olacaq. Allah bizlərə ölkəmizin təhlükəsizliyi, millətimizin əmin-amanlığı və bölgəmizdə davamlı sülhün bərqərar olması üçün getdiyimiz bu yolda hədəflərimizə çatmağı nəsib etsin”.

Chosen
7
9
7times.az

10Sources