Bu ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,5 faiz artaraq 6864,1 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5173,3 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,4 faizini təşkil edib.
Yanvar-iyun aylarında hər sakin orta hesabla 670,7 manatlıq və ya 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə nominal ifadədə 98,3 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.