EN

Düyməyə basıldı: Revanşistlər təxribata başladı

Ermənistandakı radikal müxalifət Zəngəzur dəhlizinin  açılacağı ilə bağlı xəbərləri tənqid etməyə başlayıb. 

“Cebheinfo.az”-ın məlumatına görə,  Yaşamaq üçün Ölkə Partiyasının sədri Mesrop Arakelyan Zəngəzur dəhlizinin açılması ilə bağlı Əbu-Dabidə aparılan danışıqların əleyhinə təxribatçı açıqlama verib. 

Ermənistan əvəzində heç nə, ümumiyyətlə, heç nə almadan daha bir güzəştə gedir”,-deyə Arakelyan bildirib.

Göründüyü kimi, radikal müxalifət nəqliyyat-kommunikasiya əlaqələrinin blokadadan çıxarılmasını Ermənistanın maraqlarına zidd proses kimi təqdim etməyə çalışır. Məqsəd isə Azərbaycana qarşı düşmənçilik siyasətinin davam etdirilməsinə nail olmaqdır. 

Xüsusilə də 2026-cı ildə keçiriləcək parlament seçkiləri ərəfəsində revanşistlərin Zəngəzur dəhlizi məsələsindən Nikol Paşinyan hakimiyyətinə qarşı əks-arqument kimi istifadə etmək cəhdi aydın görünür. Arakelyanın Paşinyanı Azərbaycana güzəştə gedən tərəf kimi təqdim etməsilə seçkilər öncəsi özünün və təmsil olunduğu siyasi düşərgənin mövqeyini gücləndirməyə hesablanıb. 

Halbuki, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat-kommunikasiya əlaqələrinin Ermənistanın yurisdiksiyasına keçməsi rəsmi İrəvanın maraqlarına zidd deyil. Əksinə, Nikol Paşinyan hökuməti son 5 ildə yola nəzarət məsələsində Rusiya ilə məhz suverenlik probleminə fikir ayrılığı yaşayıb. 

Rəsmi Bakı isə Ermənistanın “3+3” platforması çərçivəsində Azərbaycan  ərazisindən üçüncü ölkələrə çıxış üçün istifadəsinə razı olduğunu dəfələrlə bəyan edib.  Lakin Ermənistan indiyə qədər nə Zəngəzur dəhlizini açıb, nə də “3+3” platfiormasında əməkdaşlığa qoşulub. Ona görə də bu məsələdə Ermənistana tranzit yol verilməyəcəyini söyləmək siyasi məntiqsizlikdir. 

Chosen
8
1
cebheinfo.az

2Sources