EN

“Bu regionlara istirahətə getsəniz, cibinizə qənaət edəcəksiniz” SİYAHI KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

İsti hava şəraitinin hökm sürdüyü yay aylarında vətəndaşlar istirahət planları qurmağa başlayıb. Lakin bir çox insan dincəlmək üçün daha sərfəli və büdcəyə uyğun yerlər axtarır. Bəs vətəndaşlar dincəlmək üçün hansı yerlərə üz tutsalar bu, onların büdcələrinə də uyğun olar?

Turizm eksperti Ceyhun Aşurov KONKRET.az-a açıqlamasında vətəndaşlar üçün əlverişli istirahət imkanlarından danışıb.

Ceyhun Aşurov

Ekspertin sözlərinə görə, yay mövsümündə insanların səyahət planları daha da artır. Xüsusilə, bu il təşkil olunan turlar daha çox maraq görür. Ceyhun Aşurov bildirir ki, belə turlar bir neçə dəfə daha ucuz başa gəlir:

“Bu sistemlə vətəndaşlar istirahətin ümumi məbləğinin cəmi az bir hissəsini ödəməklə dincələ bilirlər”.

Ceyhun Aşurov qeyd edib ki, bölgələrdə kənd evləri və villalar da istirahət üçün əlverişli seçimlərdir. Bu cür qalma yerləri otellərlə müqayisədə daha münasib qiymətə təklif olunur.

Ölkə xaricində istirahət etmək istəyənlər üçün isə əvvəlcədən alınan turlar və ya son anda satışa çıxarılan “qaynar turlar” münasib variant sayılır. Ekspertin fikrincə, belə turların qiyməti təxminən 500 ABŞ dollarından başlayır.

Regionlara gəldikdə isə, Qəbələ, Şəki, Quba, İsmayıllı və Qusar kimi rayonlar xarici turistlər arasında daha populyardır və bu, qiymətlərə də təsir edir. Əvəzində

Cənub bölgəsi, xüsusilə Lənkəran və Gəncə istiqaməti daha əlverişli qiymətlərlə fərqlənir.

Turizm eksperti vətəndaşlara planlarını əvvəlcədən qurmağı və büdcəyə uyğun turlar seçməyi tövsiyə edib.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
1
konkret.az

2Sources