EN

20 yaşlı qızın binadan yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

İyunun 30-da Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Könül İbrahimlinin yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

SİA-xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindənverilən məlumata görə, hadisənin başvermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Chosen
10
49
sia.az

10Sources