EN

İlham Əliyev Putinin nazirini qəbul etmədi - Bakıdan Moskvaya əliboş qayıdan Kurenkovla bağlı mühüm detallar

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıdan Moskvaya əliboş qayıdıb

Paytaxt.org  xəbər  verir  ki,  bu  barədə  Rusiya təhlükəsizlik qüvvələrinə yaxın olan VÇK-OGPU Telegram kanalı yazır.

Minval.az  saytının  yazdığına   görə, İlham Əliyev Rusiya prezidentinin şəxsi nümayəndəsi ilə görüşdən imtina edib.

Həmsöhbətin mənbəsinin sözlərinə görə, ötən ilin dekabrında AZAL sərnişin təyyarəsinin məhv edilməsi faktının tanınması üçün Azərbaycan tərəfinin ilkin olaraq irəli sürdüyü şərtlər Rusiya tərəfindən heç vaxt qəbul olunmayıb.

TG kanalının qeyd etdiyi kimi, Kurenkov Azərbaycan paytaxtında olarkən yerli məhkəmə rusiyalı jurnalistlərin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri rədd edib.

Formal olaraq nazir Bakıda fövqəladə hallar nazirlərinin dar çərçivədə keçirilən müşavirəsində iştirak edib.

Mənbənin sözlərinə görə, Kurenkov Azərbaycan prezidenti ilə qeyri-rəsmi görüş keçirmək niyyətində olub, lakin bu baş tutmayıb. Aleksandr Kurenkov Azərbaycana səfərinin müddətini qısaltmaq məcburiyyətində qalıb.

Chosen
8
3
paytaxt.org

4Sources