EN

Lüks yaxtada dəhşətli son: 21 yaşlı Paige doğum günündən öncə qətlə yetirildi

Lüks

Daily Mail-in məlumatına görə, 21 yaşlı Paige Bell ad günündən bir neçə gün əvvəl, 3 iyul tarixində işlədiyi gəminin mexanika otağında yarıçılpaq vəziyyətdə ölü tapılıb. Hadisə Baham adalarında baş verib.Bellin ölümündə şübhəli bilinən şəxs, 39 yaşlı Meksika vətəndaşı mühəndis Brigido Munozdur. Bell Cənubi Afrika əsilli ekipaj üzvü olub.Bədənində xəsarətlər aşkar edilibMəlumata görə, Paige Bellin boynunda kəsik izləri, qollarında isə müxtəlif yaralanmalar olub. Bu izlər onun ölməzdən əvvəl müqavimət göstərməyə çalışdığını göstərir. Cinayət şübhəlisi həbsdə saxlanılırRəsmilər Munozun zaminə buraxılma tələbinin rədd edildiyini, və 20 noyabrda keçiriləcək məhkəməyə qədər həbsdə qalacağını bildiriblər. 140 min dollara kirayə edilən lüks superyaxtada işləyirdilərBell və Munoz “Far From It” adlı superyaxtada işləyirdilər. Gəmi o vaxt Harbour Adası sahillərində lövbər salmışdı. Sözügedən yaxtanın həftəlik kirayəsi təxminən 140 min dollardır.Bell lüks səyahətlər zamanı böyük gəmilərdə çalışıb və ekipaj yoldaşları tərəfindən sevilən biri kimi xatırlanır.Onun daha əvvəl çalışdığı "Sweet Emocean" adlı gəminin ekipaj üzvü yazıb: “Paige yalnız komanda yoldaşı deyildi, o bizim ailəmiz idi. Parlaq ruhu, bulaşıcı gülüşü və sonsuz şəfqəti onu tanıyan hər kəsin yaddaşında silinməz iz buraxdı.” Anası onun doğum gününü göz yaşları ilə qeyd edəcəkAnası bildirib ki, qızı Paige-in ən sevdiyi qırmızı kadife tort ilə onun 14 iyulda qeyd olunacaq doğum gününü anacaq. Paige həmin gün 21 yaşına qədəm qoyacaqdı.Ulusum.az

Diqqət Çəkənlər

Bakıda motosiklet sürücüsünün təhlükəli hərəkəti - VİDEO

"Ukrayna müharibəsi Tramp üçün ikinci Əfqanıstan ola bilər" - XƏBƏRDARLIQ

Yavaş yemək – sağlamlığın üçün nə qədər önəmlidir?

Chosen
22
ulusum.az

1Sources