EN

"Bavariya"nın 45 milyon avroluq təklifini rədd etdilər

"Bavariya" hücum xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, Almaniya çempionunun əsas hədəfi "Ştutqart"da çıxış edən Nik Voltemadedir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Bavariya" almaniyalı forvard üçün onun klubuna 40+5 milyon avroluq rəsmi təklif göndərib. Lakin münhenlilərin bu təklifi rədd edilib.

Qeyd edək ki, Nik Voltemade 2024-cü ilin yayında "Berder"dən ayrıldıqdan sonra azad agent statusu ilə "Ştutqart"a qoşulub. Almaniya millisinin üzvü ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Chosen
14
sportal.az

1Sources