"Roma" qapıçısı Mile Svilar ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı "canavarlar"ın mətbuat xidməti yayıb.
25 yaşlı serbiyalı müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulan anlaşmaya imza atıb.
2022-ci ildən "Roma"da çıxış edən oyunçu ümumilikdə 88 matça çıxıb. Sözügedən qolkiper ötən mövsüm A Seriyasında 16 matçda qapısını toxunulmaz saxlayıb. Paytaxt təmsilçisi 2025-ci ildə 11 qarşılaşmada qol buraxmayıb, bu da Avropanın Top-5 çempionatında ən yüksək göstəricidir. Mile mövsümün sonunda A Seriyasının ən yaxşı qapıçısı seçilib.