EN

Samboda dünya çempionatı ilə beynəlxalq mövsümə yekun vurulacaq

Dünya çempionatı ilə samboda beynəlxalq yarış mövsümünə yekun vurulacaq.

Azərbaycan yığmasının da hazırlaşdığı ilin əsas turniri noyabrın 7-9-da Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək.

Əvvəlcə yarışın Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılsa da, sonradan Beynəlxalq Sambo Federasiyası çempionatın yerini Bişkekə dəyişib.

Qeyd edək ki, Qırğızıstanın paytaxtı daha əvvəl – 2022-ci ildə də sambo üzrə dünya çempionatına ev sahibliyi edib.

Chosen
8
2
cbcsport.az

3Sources