“Şaxtyor” Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın “İlves” klubunu 6:0 hesabıyla məğlub edib.
Futbolpress.az xəbər verir ki, Donetsk təmsilçisi 25 il sonra avrokuboklarda ən böyükhesablı qələbəsini qazanıb.
“Şaxtyor” bundan əvvəl 2000-ci ildə Estoniyanın “Levadiya” klubunu 5:1 hesabıyla məğlub etmişdi.
Ukrayna klubuna türkiyəli mütəxəssis Arda Turan rəhbərlik edir.