EN

Özəl sahənin maaşı müəllim maaşından qat-qat çoxdur

"Təhsildəki ikinci problem isə kadr hazırlığıdır".

Bu fikirləri AzEdu.az-ın “TəhsilSİZ” verilişində millət vəkili Ceyhun Məmmədov qonaq olarkən səsləndirib.

O bildirib ki, bu çatışmazlıq bir çox universitetimizdə mövcuddur:

"Artıq magistratura tələbələri dərslərdə müəllim qismində iştirak edirlər. Mövcud müəllimlərimizin bir qisminin savadı isə elə də yüksək deyil.

Ali məktəb müəllimlərinin sertifikasiyadan keçirilməsi fikrini dəstəkləmirəm. Amma sizi əmin edim ki, bu addımı atsaq, vəziyyətin burda da yaxşı olmadığını görəcəyik. Mütəxəssis azlığı getdikcə özünü daha çox büruzə verəcək. Tam ştat müəllim universitetdə 600-700 manat maaş alırsa, müəllim olmaq istəyən əlbəttə azalacaq. Özəl sahədə çalışıb neçə min manat maaş ala bilən şəxs müəllim kimi fəaliyyətini davam etdirməz". 

Chosen
8
azedu.az

1Sources