EN

Ukrayna Silahlı Qüvvələri Rusiya Dəniz Piyadalarının briqada komandiri və qərargah rəisini məhv edib

Ukrayna KİV-i xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin Korenevo kəndindəki komanda məntəqəsinə endirdiyi zərbə nəticəsində azı 10 yüksək rütbəli rus zabiti həlak olub.

Ölənlər arasında Jukov ordenli 155-ci Əlahiddə Qvardiya Dəniz Piyadaları Briqadasının komandiri, polkovnik İlyin Sergey, həmçinin 155-ci briqadanın qərargah rəisi, polkovnik Leonid Başkardin də var.

Rusiya Federasiyası İlinin ölümünü rəsmən təsdiqləyib. Onlar polkovnik İlyinin Çuvaş Respublikasında tam hərbi şərəflə dəfn edildiyini bildiriblər. Məlumatda o, iyulun 2-də Ukraynanın raket zərbəsi nəticəsində məhv edildiyi də bildirilir.

Xatırladaq ki, bundan əvvəl KİV-lər bu endirilən zərbə nəticəsində Hərbi Dəniz Qüvvələrinin baş komandanının müavini, general-mayor və Rusiya Federasiyasının Qəhrəmanı Mixail Qudkovun da öldürüldüyünü yazmışdılar. Bundan əvvəl o, Sakit Okean Donanmasının 155-ci Əlahiddə Qvardiya Dəniz Briqadasının komandiri olub.

Almaz Həsənli

Chosen
26
oxumeni.az

1Sources