Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 11 iyul, AZƏRTAC
Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin Buxarestdə keçirilən Dünya Seriyasının əsas qrupundakı oyunlarının vaxtı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Raşa Deliçin başçılıq etdiyi yığma C qrupunda ilk olaraq Sinqapurla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Yığma ikinci görüşdə isə Ukrayna ilə üz-üzə gələcək. Matç 21:15-də start götürəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.