Dəri sağlamlığı ilə bağlı cəmiyyətdə yayılmış bəzi yanlış inanclar, zərərsiz görünən bəzi davranışlar zamanla dəriyə ciddi ziyan vura bilər.
Pravda.az bildirir ki, dərinin sağlamlığı yalnız estetik deyil, ümumi sağlamlıq baxımından da vacibdir. Dərinin qorunması bədənin infeksiyalardan müdafiəsində mühüm rol oynayır. Ancaq yanlış qulluq üsulları bu funksiyaları zəiflədə bilər.
Ən çox rast gəlinən yanlış inanclar:
Sızanaqları sıxmaq dərini təmizləmək əvəzinə ləkələrə və izlərə səbəb olur.
Pilinq və kisələnmə həddindən artıq tətbiq edildikdə dərini qıcıqlandırır.
Bitkilərlə açıq yara müalicəsi infeksiyanın yayılmasına yol aça bilər.
Buludlu havada günəş kremi istifadə olunmamalıdır fikri yanlışdır – UV şüaları hələ də təsirlidir.
Yağlı dəriyə nəmləndirici olmaz düşüncəsi səhvdir – yağlı dərilər də nəmləndirilməlidir.
Üz nə qədər tez-tez yuyulsa, o qədər yaxşıdır – bu, dərinin sebum balansını poza bilər.
Gözənəklər açılıb bağlanır deyə bir anlayış yoxdur – onlar yalnız daraldıla bilər.
Saçqırana sarımsaq sürtülməlidir – bu, infeksiyaya səbəb ola bilər.
Qara nöqtələrə qarşı bantlar tam həll deyil, yalnız qismən faydalıdır.
Mükəmməl dəri yalnız genetika ilə bağlıdır – düzgün qulluq edilməzsə, hər dəri növü zərər görə bilər.
Tövsiyə: Dəri ilə bağlı hər hansı problem yaranarsa, mütləq mütəxəssisə müraciət edilməli, xalq arasında yayılan təsdiqlənməmiş üsullardan uzaq durulmalıdır.
Əminə Bayramova