EN

Tramp: Kanada mallarına 35% rüsum tətbiq olunacaq

ABŞ Prezidenti Donald Tramp "Truth" sosial media hesabında Kanada üçün tarif məktubunu paylaşıb.

Məktubun ABŞ-nin cavab tədbirinə baxmayaraq Kanada ilə işləməyə davam edəcəklərinin göstəricisi olduğunu qeyd edən Tramp, fentanil böhranı ilə mübarizə üçün Kanadaya gömrük vergisi tətbiq etdiklərini xatırladıb.

Tramp, Kanadanın ABŞ ilə işləmək əvəzinə qisasla cavab verdiyini ifadə edərək, "Avqustun 1-dən etibarən Kanadadan ABŞ-yə göndərilən Kanada məhsullarına bütün sektor tariflərindən ayrı olaraq 35% rüsum tətbiq edəcəyik",-deyə qeyd edib.

Tramp daha yüksək tariflərdən qaçmaq üçün digər ölkələrdən tranzit keçən malların daha yüksək tariflərə məruz qalacağını vurğulayıb.

Chosen
22
3
aznews.az

4Sources