EN

Ruslar etiraf etdilər: Dərman almağa pul tapa bilmirik

Rusların üçdə biri lazım olan dərmanları ala bilmir.

Publika.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb. Nəşr Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Təhlil və Proqnozlaşdırma İnstitutunun “Dərman vasitələrinin mövcudluğunun monitorinqi” araşdırmasının məlumatlarına istinadə edib.

Bildirilir ki, sorğu ötən ilin noyabr-dekabr aylarında keçirilib. Həmin vaxt respondentlərin 75 faizi dərmanların qiymətində ciddi artım müşahidə edib, 34 faizi ehtiyac duyduqlarını ala bilmədiyini bildirib. Eyni zamanda, onların yarıdan çoxu (54 faiz) belə dərmanların mövcud olduğunu, lakin onları almaq üçün pullarının olmadığını izah edib.

Ən həssas qrup, gözlənildiyi kimi, adambaşına 15 min rubldan az maaş alan aztəminatlı ailələr olub. Onların arasında respondentlərin 84 faizi dərmanlara vəsait çatışmazlığını qeyd edib. Ümumiyyətlə, ən çox qadınlar, qocalar, kənd sakinləri dərman vasitələrinin olmamasından şikayət ediblər.

Ümumrusiya Xəstələr İttifaqının həmsədri Yana Vlasova vurğulayıb ki, tibbi dərmanların əlçatmazlığı sistemli problemə çevrilib. Hətta ən sadə olanları bu gün 200 rubldan aşağı qiymətə almaq olmaz və bu, yaşlılar və aztəminatlı ailələr üçün çox vacibdir.

Chosen
8
49
publika.az

10Sources