EN

DİQQƏT: Bu qaydaları pozsanız 70 manat cərimələnəcəksiniz

Vətəndaşların metrodan istifadə zamanı ən çox maraqlandığı məsələlərdən biri də elektrik şəbəkəsinə şəxsi cihazların, o cümlədən mobil telefonların qoşulmasının hüquqi məsuliyyətə səbəb olub-olmaması ilə bağlıdır.

Mövzu ilə bağlı hüquqşünas Turan Abdullazadə KONKRET.az-a açıqlamasında bildirib ki, bu hal qanunvericilikdə inzibati məsuliyyət yaradır:

Turan Abdullazadə

“İnzibati Xətalar Məcəlləsinin 306.5-ci maddəsinə əsasən, müvafiq icazə olmadan metropolitendə hər hansı elektrik işlədicisini – istər telefon, istər planşet və ya digər cihazı elektrik şəbəkəsinə qoşmaq qadağandır. Bu qaydanı pozan şəxslər 70 manat məbləğində cərimə edilə bilər”.

Turan Abdullazadə əlavə edib ki, sərnişinlərin təhlükəsizliyi və infrastrukturun qorunması məqsədilə belə məhdudiyyətlər tətbiq olunur.

Qeyd edək ki, metropoliten stansiyalarında sərnişinlərə məxsus cihazların enerji mənbələrinə qoşulması tez-tez müşahidə olunsa da, bu əməl qanunla qadağan edilib və cərimələnə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
10
1
konkret.az

2Sources