EN

Rusiyadan reaksiya

Ajans.az lenta ru-ya istinadən xəbər verir ki,  Ukrayna Silahlı Qüvvələri (USQ) istirahət mövsümü ilə əlaqədar rusiyalıların Krıma axını səbəbindən bu bölgəyə hücumlarını gücləndirir. Bu barədə Dövlət Dumasının deputatı Viktor Zavarzin "Lenta.ru"ya danışıb. O əlavə edib ki, Rusiya hərbçiləri qarşısında bu hücumların qarşısını almaq üçün konkret vəzifələr qoyulub. “Biz Krım üzərində düşmənin pilotsuz uçuş aparatlarını vurmağa davam edirik. Konkret tədbirlər görülür. Hava hücumundan müdafiə (HHM) sistemləri və radioelektron mübarizə (REB) sistemlərinin işi ilə bağlı aydın tapşırıq verilib. Bu tədbirlər tam zəmanət verməsə də, onları həyata keçirmək vacibdir,” – deyə deputat bildirib. Zavarzinin sözlərinə görə, düşmən pilotsuz uçuş aparatlarının hücumlarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi qərara alınıb. “Hazırda istirahət mövsümüdür və onlar xalqımıza zərər verməyə çalışırlar. Buna görə də dronlar göndərirlər. Krım boyunca REB sistemlərinin gücləndirilməsi qərara alınıb, lakin hücumların tam qarşısını almaq, təəssüf ki, mümkün deyil,” – deyə siyasətçi əlavə edib.

Bundan əvvəl, iyulun 11-də Krım üzərində Ukraynaya məxsus təyyarə tipli bir pilotsuz uçuş aparatının vurulduğu bildirilmişdi.

Chosen
7
Ajans.az

1Sources