EN

Nazirin oğlu nasizmdə ittiham olunur: İşə təhlükəsizlik xidməti qarışdı

ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

İsveçin miqrasiya naziri Yohan Forssell çətin vəziyyətlə üzləşib. 

Qaynarinfo xəbər verir ki, şəxsi həyatına dair yayılan məlumatlara görə, onun yetkinlik yaşına çatmamış oğlu ifrat sağçı "Aktivklubb Sverige” və "Det fria Sverige” təşkilatlarında üzv olub. 

Anti-irqi mövqedə olan İsveç platforması "Expo”nun məlumatına əsasən, o, ABŞ tərəfindən terror təşkilatı kimi tanınan "Nordic Resistance Movement” (NMR) ilə də əlaqədədir. Bildirilir ki, nazirin oğlu bu təşkilatların görüşlərində iştirak edib və başqa yeniyetmələri də bu qruplara cəlb etməyə çalışıb.

Yohan Forssell məsələyə İsveçin TV4 telekanalına verdiyi müsahibədə münasibət bildirib. O, oğlunun neonasistlərlə əlaqəsindən xəbərsiz olduğunu deyib. Nazir bildirib ki, valideynlər hər zaman övladlarının internetdə nə ilə məşğul olduğunu tam bilə bilmirlər. Onun sözlərinə görə, oğlunun ifrat sağçı təşkilatlarla əlaqəsi barədə məlumatı bir neçə həftə əvvəl - eyni vaxtda həm "Expo”, həm də İsveçin təhlükəsizlik xidməti "Sapodan alıb.

"Valideyn olaraq eyni anda həm şoka düşürsən, həm də sarsılırsan. Özünə sual verirsən ki, nə doğrudur, nə deyil”, deyə Forssell bildirib.

Nazirin sözlərinə görə, vəziyyət çətin olsa da, oğlunun bu qəbuledilməz fəaliyyəti artıq başa çatıb: "Məndə dərin peşmanlıq hissi keçirən bir oğul var, onun cəmi 16 yaşı yeni tamam olub. Uzun və çətin söhbətlərə çox vaxt sərf etdik.”

Müxalifət siyasətçiləri Forsselli ikili standart tətbiq etməkdə ittiham ediblər. "Aftonbladet” qəzeti İsveçin Sol Partiyasından Toni Haddunun sözlərini sitat gətirir: "İmmiqrasiya və cinayət mövzusu gündəmə gələndə tonu dərhal sərtləşir. Amma söhbət başqa qruplardan gedəndə mövqe sürətlə yumşalır".

Nazir bu ittihamları rədd edərək deyib: "Mən ekstremizmin hər formasını qınayıram. Sağçı ekstremizm də buna daxildir".

Bütün bu tənqidlərə baxmayaraq, Forssell istefa vermək niyyətində deyil: "Bilirəm ki, bəzi partiyalar bundan siyasi qazanc əldə etmək istəyirlər. Qoy bu cəhddə bulunsunlar, amma mənim üçün bu, ilk növbədə bir ata olaraq yerinə yetirilməli vəzifədir".

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
1
qaynarinfo.az

2Sources