EN

Qırğızıstan saxtaxəbərlərə qarşı cərimələr tətbiq edir - ÖZƏL

Qırğızıstan Prezidenti Sadır Japarov ölkədə medianın və internetin yalan məlumatlarla zəbt edilməsinə qarşı yeni qanunu imzalayıb. Yeni qanuna əsasən, yanlış məlumat yayan fiziki şəxslər məhkəmə qərarı ilə 20 min Qırğız somu (təxminən 228 ABŞ dolları), hüquqi şəxslər isə 65 min som (təxminən 742 dollar) məbləğində cərimələnəcək.
Olaylar.az xəbər verir ki, Parlament tərəfindən iyun ayında təsdiqlənmiş dəyişikliklər "Qırğız Respublikası İnzibati Xətalar Məcəlləsi"nə əlavə edilərək, informasiya təhlükəsizliyini təmin etmək və vətəndaşların obyektiv, doğru məlumat əldə etmə hüququnu qorumaq məqsədi daşıyır.
Qanun rəsmi olaraq dərc edildikdən on gün sonra qüvvəyə minəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
7
olaylar.az

1Sources