ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya 2025-ci ilin əvvəlindən etibarən dron istehsalını əhəmiyyətli dərəcədə artıraraq Ukraynaya qarşı hücumlarını gücləndirib.
ABŞ-nin "Wall Street Journal" nəşrinin məlumatına görə, bu ilin ilk altı ayında artıq 24 mindən çox rus dronu Ukrayna şəhərlərinə zərbələr endirib.
Bildirilir ki, xüsusilə 9 iyulda Rusiya tək gündə 2024-cü ilin iyul ayı boyunca istifadə etdiyi dron sayına bərabər hücum həyata keçirib.
"Bu artımda İranla 2022-ci ilin noyabrında imzalanan müqavilənin böyük rolu var. Müqaviləyə əsasən, İran Rusiyaya “Shahed” tipli zərbə dronlarının texnologiyasını, avadanlıqlarını və 6 min dronu təmin edib. Sonradan Rusiya bu dronların istehsalını özündə quraraq, xüsusilə Tatarıstandakı “Alabuga” iqtisadi zonasında istehsal imkanlarını genişləndirib", -deyə nəşr yazır.
Mütəxəssislər bildirirlər ki, Rusiya İranla əməkdaşlığı sayəsində ucuz və effektiv dronlar istehsal edə bilib və beləliklə, uzun məsafəli raket ehtiyatlarını qorumağı bacarıb. Eyni zamanda Rusiya dronların dizaynını təkmilləşdirərək onların sürətini və manevr qabiliyyətini artırıb.
Ukrayna tərəfi bildirir ki, hazırda Rusiya hər ay 5 mindən çox “Shahed” və onların imitasiya dronlarını istehsal edir. Bu dronlar 2500 kilometr məsafəyə qədər uça bilir.
Qeyd olunur ki, Rusiyanın məqsədi Ukraynanı daha çox raket istifadə etməyə məcbur etməkdir.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.