EN

Rusiya MN Zelenaya Dolina kəndinin ələ keçirilməsinin görüntülərini yayıb

İyulun 11-də Rusiya Müdafiə Nazirliyi Ukraynanın Donetsk vilayətinin Zelenaya Dolina kəndinin "Qərb" silahlı qruplaşmasının qüvvələri tərəfindən işğal edilməsinin görüntülərini dərc edib.

Qaziler.az bildirir ki, bu barədə izvestiya.ru məlumat yayıb.

“Qərb qüvvələri qrupunun bölmələrinin hərbçiləri fəal və qətiyyətli hərəkətlər zamanı artilleriya və pilotsuz uçuş aparatlarından istifadə etməklə ukraynalı yaraqlıların hərbi texnikasını və atəş nöqtələrini məhv ediblər”, - deyə idarənin açıqlamasında bildirilir.

Sonra hücum qrupları ərazini Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin qalıqlarından təmizləyib. Qəsəbənin ələ keçirilməsi əlaməti olaraq hərbçilər Rusiya Federasiyasının bayrağını qaldırıblar.

QAZİLER.AZ 

Chosen
33
qaziler.az

1Sources