Bakı. Trend:
10 iyul 2025-ci il tarixində Bakı şəhərində keçirilən BeynəlxalqMülki Müdafiə Təşkilatının (ICDO) Baş Assambleyasının 3-cünövbədənkənar sessiyası çərçivəsində Azərbaycan Respublikasınıntəmsilçisi ilk dəfə olaraq sözügedən Təşkilatın Baş katibivəzifəsinə seçilib.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.
Bildirilib ki, seçkilər yüksək rəqabət şəraitində keçirilib.ICDO-nun Baş katibi vəzifəsinə seçkilərdə Fövqəladə HallarNazirliyinin idarə rəisi Ərgüc Kələntərli ilə yanaşı 3 ölkədən olannamizəd mübarizə aparıb.
Azərbaycan Respublikasının namizədi səsvermənin ilk mərhələsindəiştirak edən ölkələrin əksəriyyətinin dəstəyini qazanaraq (23 ölkə)mötəbər qurumun Baş katibi vəzifəsinə seçilib.
Mülki müdafiə sahəsində yeganə hökumətlərarası təşkilat olanICDO-nun əsas vəzifəsi təbii və texnogen fəlakətlər zamanı əhalininmühafizəsini və ona yardımı, bu fəlakətlərin nəticələrinin aradanqaldırılması ilə məşğul olan strukturların imkanlarınıngücləndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın təşviqedilməsindən ibarətdir.
ICDO Baş katibi təşkilatın ən ali vəzifəsi olmaqla, onubeynəlxalq müstəvidə təmsil etmək, struktur vahidlərinə rəhbərliketmək və Katibliyin funksionallığını təmin etmək və digərəhəmiyyətli sahələrdən məsuldur.