EN

Azərbaycanda ictimai iaşə xidmətlərinin dövriyyəsi 14 %-dən çox artıb

Bu ilin I yarısında Azərbaycanda ictimai iaşə dövriyyəsinin ümumi dəyəri 1 milyard 242,2 milyon manat olub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 14,3 % çoxdur.

Yanvar-iyun aylarında özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 %-i hüquqi şəxslərin, 48,9 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.

Hesabat dövründə hüquqi şəxslər üzrə dövriyyə ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % artaraq 629,8 milyon manat olub.

Chosen
2
3
report.az

9Sources