EN

Azərbaycanın mövqeyində dəyişiklik olmadı - UEFA reytinqi

Azərbaycanın UEFA reytinqindəki "qonşular"ı əmsallarını artırıb.

"Football-plus.az" xəbər verir ki, bu, həftə ərzində keçirilmiş avrokubok oyunlarından sonra gerçəkləşib. 28-ci pillədə qərarlaşan Ukrayna (17,850) aktivinə daha 0,250 əmsal yazdırıb. 30-cu sıradakı Bolqarıstan (16,250) isə daha çoxuna nail olub. Bu ölkədə rəqəm 0,375-di.

29-cu mövqedəki Azərbaycanda (17,125) isə dəyişiklik olmayıb. Çünki ötən gün Avropa Liqasında mübarizəyə qoşulan "Sabah" 1-ci təsnifat mərhələsinin Bakıdakı ilk oyununda Sloveniyanın "Selye" klubuna uduzub - 2:3.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (94.839) başçılıq edir.

Chosen
25
14
football-plus.az

10Sources