EN

Vüsalə Mahirqızı ilə “Media peşəkarlığı və yeni nəsil jurnalistika” mövzusunda görüş olub

APA Media Group”un baş direktoru Vüsalə Mahirqızı ilə “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzunda keçirilən Forum çərçivəsində təşkil edilən “Media peşəkarlığı və yeni nəsil jurnalistika” mövzusunda təkbətək formatlı görüş olub.

Görüşdə iştirak edən gənclər Vüsalə Mahirqızına media təcrübəsi, yeni media, müasir media transformasiyaları, rəqəmsallaşama və s. mövzularda suallar veriblər.

“Jurnalistika yalnız peşə deyil, həyat tərzidir. Jurnalistsənsə, gündəlik xəbər sferasında hər şeyi hamıdan əvvəl sən bilməlisən”, -deyən Vüsalə Mahirqızı bildirib ki, jurnalist gördüyü hadisələrə, mövzuya xəbər kimi yanaşa bilməlidir: “Lakin bu empati hissini itirmək anlamına gəlməməlidir. İnsan üçün təməl olana bu hiss bizim peşə üçün xüsusilə vacibdir. Çünki yazdıqlarımız insanların taleyinə toxunur, onların həyatında, gələcəyində iz qoyur. Mənə görə, jurnalist empati hissini heç vaxt itirməməlidir. Empati hissini yalnız tanıdıqlarına, ona emosional bağlılığı olanlara yox, hamıya münasibətdə tətbiq etməldir”.

Vüsalə Mahirqızı APA Jurnalist Məktəbinin fəaliyyəti ilə bağlı sualı da cavablandırıb. O bildirib ki, növbəti mövsümdən APA Jurnalist Məktəbi öz fəaliyyətini daha da genişləndirəcək.

“Biz sosial media marketinqi, rəqəmsal kontentin yaradılması və süni intellektdən istifadə edilməsi metodları ilə bağlı kurslar barədə düşünürük”, - deyə Vüsalə Mahirqızı qeyd edib.

Vüsalə Mahirqızı sürətlə dəyişən informasiya ekosistemində etik prinsiplərin möhkəmləndirilməsi, texnoloji yeniliklərin inteqrasiyası və cəmiyyətlə effektiv dialoqun qurulmasının vacibliyini, jurnalistikanın cəmiyyətin inkişafındakı strateji rolunu xüsusi qeyd edib.

Qeyd edək ki, “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzunda keçirilən Forumu “Azerconnect Group” və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Vüsalə Vüsalə
Chosen
7
2
apa.az

3Sources