EN

Rusiyanın yüksək rütbəli zabitləri məhv edilib

Kursk vilayətinin Korenevo yaşayış məntəqəsində yerləşən Rusiya ordusunun komanda məntəqəsinə endirilən zərbə nəticəsində azı 10 yüksək rütbəli Rusiya zabiti həlak olub.

Ölkə.Az Ukrayna mediasına istinadən xəbər verir ki, öldürülənlər arasında 155-ci ayrıca qvardiya dəniz piyadaları briqadasının komandiri, polkovnik Sergey İlyin, həmçinin briqadanın qərargah rəisi, polkovnik Leonid Başkardin də var.

Məlumata görə, polkovnik İlyin Çuvaşiya Respublikasında hərbi ehtiramla dəfn olunub.

Daha əvvəlki xəbərlərdə, həmin zərbə nəticəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı, Rusiya Qəhrəmanı, general-mayor Mixail Qudkovun da məhv edilmiş ola biləcəyi deyilirdi. Qeyd edək ki, o bu vəzifəyə təyin olunmazdan əvvəl Sakit okean donanmasının 155-ci briqadasına da rəhbərlik edib.

Chosen
5
2
olke.az

3Sources