"PSG-Kapital İnvestisiya Şirkəti" ASC-nin adı "İnno Kapital İnvestisiya Şirkəti"nə dəyişdirilib.
Bu barədə Marja.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
6 milyon 250 min manat nizamnamə kapitalı olan "İnno Kapital İnvestisiya Şirkəti" ASC-nin yeganə səhmdarı Faiq Ağababa oğlu Məmmədovdur.
Şirkət 27.07.2012-ci il tarixində dövlət qeydiyyatına alınıb.
"İnno Kapital İnvestisiya Şirkəti" ASC-ni qanuni təmsilçisi Səttərov Fəxri Rasim oğlu, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev ev.13-dür.