Rusiya Federasiyasının keçmiş nəqliyyat naziri Roman Starovoit ölümündən öncə həmkarlarına vida mesajı yazıbmış.
O, məktubunda ölkə üçün faydalı işlə məşğul olduğunu yazıb və söhbəti "Mənim şərəfim var" ifadəsi ilə bitirib", - vida mərasimində iştirak edən əməkdaşlardan biri deyib.
Evində ölü tapılan keçmiş nazirin sərvəti üzə çıxdı - FOTO
Məlumata görə, Starovoit iyulun 7-də vəzifədən azad olunması barədə fərman elan edilməzdən əvvəl müavinləri ilə əməliyyat müşavirəsi keçirib. Fərmandan sonra isə onlardan biri ilə vəziyyəti müzakirə edib. Həmin şəxs sonradan baş verənləri "ağır və anlaşılmaz" adlandırıb.
Prezident Vladimir Putin tərəfindən imzalanan fərmanda Starovoitin işdən çıxarılma səbəbi göstərilməyib və "etimadın itirilməsi" kimi ifadələrə yer verilməyib. Kremlin sözçüsü Dmitri Peskov da məsələyə münasibət bildirərək, ölüm xəbərinin "şok effekti" yaratdığını qeyd edib.
Qeyd edək ki, Romanın yerinə yeni nəqliyyat naziri Andrey Nikitin təyin olunub. O,mərasimdə ailəyə başsağlığı verib.
.jpg)