EN

İki dövlət qəzetinin redaksiyalarının birləşmə prosesi əməkdaşlarına necə təsir edəcək?

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, "Respublika" qəzeti və "Xalq qəzeti" redaksiyaları birləşdirilib.

Sənədə əsasən, "Respublika" qəzeti və "Xalq qəzeti" redaksiyalarının birləşməsi yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində "Xalq" qəzetinin redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılıb.

Bəs birləşmə prosesi bu qəzetlərin əməkdaşlarına necə təsir edəcək? İxtisarlar olacaqmı?

Oxu.Az-ın sualını cavablandıran "Respublika" qəzetinin baş redaktoru Hümbət Musayev bildirib ki, bütün məsələlər Prezidentin Fərmanına uyğun şəkildə həll olunacaq:

"Heç bir əməkdaşın taleyi diqqətdən kənarda qalmayacaq. Fərmanda necə qeyd olunubsa, bütün addımlar da o istiqamətdə atılacaq".

Aləmdə Nəsib

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
2
oxu.az

3Sources